http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Hulusi Akar: İsraillə əməkdaşlığımız regional sabitliyə əhəmiyyətli töhfələr verəcək

27 Oktyabr 2022 , 17:00
Hulusi Akar: İsraillə əməkdaşlığımız regional sabitliyə əhəmiyyətli töhfələr verəcək

“Türkiyə Prezidentinin İsrail Prezidenti və Baş naziri ilə qarşılıqlı görüşləri Türkiyə ilə İsrail arasındakı əlaqələr baxımından mühüm dönüş nöqtəsi oldu”. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Ankarada rəsmi səfərdə olan israilli həmkarı Benni Qantzla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə və İsrail bölgədə önəmli aktorlardır: “Eyni zamanda, bizim dərin tarixi və mədəni əlaqələrimiz var. Türkiyə ilə İsrail arasında əlaqələr və ortaq dəyərlər var. Bildirmək istərdim ki, Türkiyə olaraq İsraillə münasibətlərimizin və əməkdaşlığımızın, xüsusilə müdafiə, təhlükəsizlik və enerji kimi sahələrdə inkişafı regional sülh və sabitliyə əhəmiyyətli töhfələr verəcək”.

Akarın sözlərinə görə, Türkiyə tərəfi bütün məsələlər üzrə tələb və mövqelərini qarşı tərəfə çox açıq şəkildə çatdırıb: “Yeni başlayan bu dövrdə biz də mövcud təcrübələrimizdən yararlanaraq bu məsələlərlə bağlı münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizə dair fikirlərimizi bölüşdük. İnanırıq ki, ikitərəfli əməkdaşlığımızın və dialoqumuzun artması bəzi məsələlərin həllini də asanlaşdıracaq. Bu səfər sayəsində əlaqələrimiz daha da inkişaf edəcək, dialoqumuz daha da yaxşılaşacaq”.

 

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
Menyu