http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

"Space TV"nin efiri söyüşə görə 3 saat dayandırılacaq - VİDEO

18 May 2023 , 12:28
1682
"Space TV"nin efiri söyüşə görə 3 saat dayandırılacaq - VİDEO

Audiovizual Şuranın videoformatda iclası keçirilib.

Şuradan "Operativ Media"ya verilən xəbərə görə, iclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, "Space TV" televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan "Digital Media" MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.

Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.

Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.

Azərbaycan Respublikası Audiovizual Şurası bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu