http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

18 May 2023 , 16:12
“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.

Komitədən "Operativ Media"ya verilən məlumata görə Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb. E.Orucova İslam dininə aid ibadət yerlərinə qadın dini ayinlərin icraçısı vəzifəsini tutmaq üçün Dövlət Komitəsinin cari ilin 13-15 fevral tarixlərində təşkil etdiyi müsahibədən yüksək bal toplayaraq uğurla keçib.

E.Orucova Bakı İslam Universitetində bakalavr təhsili alıb, 2022-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun magistratura pilləsini bitirib. Din sosiologiyası üzrə təhsil alan E.Orucovanın magistr işi “Din və modernizasiya münasibətləri: sosioloji təhlil” mövzusunda olub.

Qeyd edək ki, bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR
Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Bütün sosial ödənişlər sabah yekunlaşacaq

Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?

Xaricdən avtomobil alarkən nələrə diqqət edilməldir?

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilib

XƏBƏR LENTİ
  • 13:09

    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
    Bütün sosial ödənişlər sabah yekunlaşacaq
  • 13:06

    Rusiya Xarici işlər nazirinin müavini Boqdanov Bakıya gəlib
  • 13:01

    Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
  • 12:55

    Müdafiə Nazirliyinin rəhbərliyi “ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib
  • 12:51

    Güclü küləklə bağlı sarı xəbərdarlıq edilib
  • 12:40

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkəti cərimələyib
  • 12:30

    "Qarabağ"ın oyunu fransızlara tapşırıldı
  • 12:15

    Çinin nəqliyyat naziri COP29-a dəvət olunub
Menyu