http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Beynəlxalq Valyuta Fondu Bakı ofisini bağlayacağını açıqlayıb

18 May 2023 , 17:34
778
Beynəlxalq Valyuta Fondu Bakı ofisini bağlayacağını açıqlayıb

Beynəlxalq Valyuta Fondu Azərbaycandakı ofisini 2023-cü ilin iyun ayının sonunda bağlamaq haqda qərar qəbul edib.

"Operativ Media" xəbər verir ki, Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycan Respublikasının maliyyə nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi Azərbaycanın güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması və yaxın gələcəkdə ölkəmizlə BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsi bildirilib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentin rəhbəri Cihad Azurun məktubunda qeyd olunur ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək, Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək və zərurət yarandıqda texniki yardım göstərəcək.

Azərbaycan Respublikası BVF-yə 1992-ci ilin 18 sentyabrından üzv qəbul olunub.

1993-cü ildən 2009-cu ilədək Azərbaycanda BVF-nin rezident nümayəndəliyi fəaliyyət göstərib. Bundan sonra BVF Azərbaycandakı fəaliyyətini daha aşağı statuslu yerli əlaqələndirici vasitəsilə həyata keçirmişdir.

2005-ci ildən Azərbaycanın BVF ilə əməkdaçlığı yalnız məsləhətləşmələr formatında həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu