http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

ÜST qeyri-infeksion xəstəliklərin artması tendensiyası ilə bağlı xəbərdarlıq edib

19 May 2023 , 16:10
ÜST  qeyri-infeksion xəstəliklərin artması tendensiyası ilə bağlı xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son illərdə qeyri-infeksion xəstəliklərin artması tendensiyası və onların yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, ÜST Ümumdünya Səhiyyə Statistikası 2023 hesabatını açıqlayıb.

2022-ci ilə qədər olan məlumatları özündə əks etdirən hesabata görə, 2000-2015-ci illərdə müşahidə olunan tendensiyalarla müqayisədə, son illərdə səhiyyə sahəsində tərəqqidə durğunluq müşahidə olunur.

Hesabatda iqlim dəyişikliyi və qeyri-infeksion xəstəliklər təhlükəsi barədə xəbərdarlıq edilib və bu məsələdə birgə fəaliyyətə çağırılıb.

Bildirilib ki, dünyada 2020-2021-ci illərdə COVID-19 səbəbindən 336,8 milyon insan dünyasını dəyişib.

2000-ci ildən bəri ana və uşaq sağlamlığında əhəmiyyətli irəliləyişlər olub, ana ölümü üçdə bir, uşaq ölümü isə iki dəfə azalmışdır.

İİV, vərəm və malyariya kimi yoluxucu xəstəliklərin nisbəti azalıb, bu, gözlənilən ömür uzunluğunun 2000-ci ildəki 67-dən 2019-cu ildə 73-ə yüksəlməsinə səbəb olub.

Qeyd edilib ki, ümumi sağlamlıq sahəsində irəliləyişlərə baxmayaraq, qeyri-infeksion xəstəliklərdən ölüm nisbəti hər il durmadan artmışdır və hələ də hər il bütün ölümlərin dörddə üçünü təşkil edir.

OXŞAR XƏBƏRLƏR
BMT İsrailin Beyruta hava hücumundan narahatdır

BMT İsrailin Beyruta hava hücumundan narahatdır

Şolts Baydenin aqibəti ilə üzləşə bilər

Şolts Baydenin aqibəti ilə üzləşə bilər

Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib

Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib

XƏBƏR LENTİ
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
Menyu