http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İqtisadi Zonaların İnkişafı Agentliyi və Tatarıstanın Sənaye Klasteri arasında Memorandum imzalanıb

20 May 2023 , 15:56
İqtisadi Zonaların İnkişafı Agentliyi və Tatarıstanın Sənaye Klasteri arasında Memorandum imzalanıb

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Russia Halal Expo” beynəlxalq sərgisi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Tatarıstan Respublikasının Sənaye Klasteri arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

"Operativ Media" xəbər verir ki, sənədə əsasən hər iki ölkənin sahibkarları arasında əməkdaşlıq əlaqələrinin qurulması və sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi, sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi, biznes səfərlərin təşkili, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənilməsi nəzərdə tutulur.

Memorandum İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev və Tatarıstan Respublikasının Sənaye Klasterinin İdarə Heyətinin sədri Sergey Mayorov tərəfindən imzalanıb.

Qeyd edək ki, “Russia Halal Expo” Sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edən sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Menyu