http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışı başa çatıb - VİDEO

22 May 2023 , 10:04
Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik yarışı başa çatıb - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən hərbi beşnövçülük üzrə birincilik yarışı yekunlaşıb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, birincilikdə iştirak edən hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda yüksək peşəkarlıq nümayiş etdiriblər.

Mükafatlandırma mərasimində bildirilib ki, hərbi qulluqçu üçün döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığının da daimi yüksək səviyyədə saxlanılması vacib şərtdir.

Ordumuzda keçirilən bu cür yarışlar sayəsində şəxsi heyət arasında sağlam rəqabət yaratmaqla bərabır gənclər arasında idmana maraq daha da artır.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, "Hərbi İnstitut", "Quru Qoşunları" və "Hərbi Hava Qüvvələri"nin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Fərdi şəkildə hərbi qulluqçular arasında kursant Rəvan Kətənov birinci, MAHHXHQ çavuş Eyub Eyubov ikinci, kursant Toğrul Həsənov isə üçüncü yerə layiq görülüblər.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb -VİDEO

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb -VİDEO

Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu