http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun ilk buraxılış mərasimi keçirilib

22 May 2023 , 10:56
Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun ilk buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı kursu"nun ilk buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunlara Hərbi Hava Qüvvələri Komandanının təbriklərini çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında belə kursların əhəmiyyətindən danışıb, məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Kursu bitirən hərbi qulluqçular təhsil müddətində yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildiriblər.

Məzunlar göstərilən etimadı doğrulmaq üçün burada qazandıqları bilik və vərdişləri xidmətdə inamla tətbiq edərək xidməti vəzifələrinin icrasına daha məsuliyyətlə yanaşacaqlarına, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda xatirə fotosu çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb -VİDEO

Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb -VİDEO

Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Əli Əsədov : Növbəti illərdə də dövlət büdcəsində ən böyük xərclərdən biri hərbi xərclər olacaq

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - VİDEO

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu