http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azəristan ölkəsi – tarixi ənənənin davamı

22 May 2023 , 12:35
Azəristan ölkəsi – tarixi ənənənin davamı

Vintsas Kreve 20-ci əsr Litva ədəbiyyatının əfsanəsidir. Bu əfsanə Bakıda müəllimlik edib. Azərbaycanlıların savadlı, dünyagörüşlü yetişməsində rolu olub. Azərbaycanın tarixi, mədəniyyəti, insanları haqqında bir neçə əsər – Azəristan ölkəsi, Qartal haqqında nəğmə, Çarpışan qüvvələr və s. yazıb. Bolşeviklər onun bu əsərlərinə qadağa qoyublar. Çünki o, Azərbaycanı sevirdi, əsərlərində də, iş fəaliyyətində də...

Vintsas Kreve 1919–1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki konsulu vəzifəsində çalışıb. Azərbaycan 1920-ci ildə işğal olunandan bir müddət sonra o buradan xaricə köçməli oldu. 1990-cı ildə Azərbaycan müstəqillik qazananda O, ABŞ-da sevinirmiş. Litva da müstəqillik qazananda o diplomatik əlaqələrin inkişafı üçün dəyərli məsləhətlər verib.  Ölkəsi Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan olub.

Bu məsələdən danışdıqda görünür ki, Litva-Azərbaycan əlaqələri necə dərin kökə malikdir. 20-ci əsrin əvvəllərində Litvanın xüsusi çəkiyə malik insanları azərbaycanlı dostları ilə ölkələrini yaxınlaşdırmışdılar.

Ənənə, tarix, köklərinə sonsuz hörmət Azərbaycannın dövlət idarəçiliyində xüsusi bir məqamdır.  2007-ci ildə Prezident İlham Əliyevin Litvaya səfəri zamanı imzalanan birgə bəyannamə Azərbaycanın bu dövlətlə əlaqələrini yeni mərhələyə çıxardı. İllərdir davam edən bu əlaqələr indi yüksələn xətt cızır. Litva ilə Azərbaycan bir neçə istiqamətdə əməkdaşlıq edir və ya edəcək.
-    Enerji sahəsində əməkdaşlıq
-    Tivininq layihələri
-    Nəqliyyat sahəsində əməkdaşlıq
-    Geosiyasi sahədə əməkdaşlıq
-    Litvanın Orta Dəhlizə xüsusilə Bakı Limanına, Azərbaycanın isə Klaypeda limanına xüsusi marağı
-    Ə
traf mühitin mühafizəsi
-    Pensiya islahatı və səhiyyə

2022-ci ilin may ayında Litva Prezidentinin Azərbaycana səfəri, 2023-cü ilin may ayında , düz 1 il sonra Azərbaycan Prezidentinin Litvaya rəsmi səfər etməsi iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişafına təkan verən göztəricilərdir.

Samir Cabbarov - Operativ Media üçün. 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB

Əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək

Əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu