http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıblar

22 May 2023 , 17:31
Dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları saxlanılıblar

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

DSX-nin mətbuat mərkəzindən "Operativ Media"ya bildirilib ki, mayın 21-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 2003-cü il təvəllüdlü Xan Muhammad Amin saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin dövlət sərhədini pozaraq qanunsuz yolla keçməsinə bələdçilik etməkdə şübhəli bilinən Pakistan vətəndaşları 1987-ci il təvəllüdlü Xan Mücahid Ali və 1990-cı il təvəllüdlü Ali Rizvan müəyyən olunub.

Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində birgə aparılmış təhlillər nəticəsində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmış əcnəbi vətəndaşların bir qisminin ölkə ərazisinə təhsil vizası əldə edərək rəsmi qaydada gəlməsi, daha sonra qeyri-qanuni yolla dövlət sərhədini pozaraq digər ölkələrə getmək niyyətində olmaları aşkar edilib.

Saxlanılan şəxslər yerli təhsil müəssisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla, Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarır, bəzi hallarda isə ölkə ərazisində qalaraq bələdçilik funksiyasını icra edirlər.

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

 

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • 06:01

    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
  • 05:46

    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
Menyu