http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

22 May 2023 , 18:50
Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 22-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, qonaqları salamlayan Elçin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə ətraflı məlumat verib. 

Daha sonra, birinci müavin Azərbaycan Prokurorluğu tərəfindən beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığın davam etdirdiyini, “Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə icra olunduğunu, eləcə də prokurorluq əməkdaşlarının həmin tədbirlərdə aktiv rol aldığını qeyd edərək, Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq layihəsi çərçivəsində təşkil olunan tədbirlərin, xüsusilə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsinə müsbət təsirini vurğulayıb.

Qəbula görə təşəkkürünü ifadə edən Xristos Ciakomopoulos, Azərbaycan ilə Avropa Şurası arasında hər zaman etimad və qarşılıqlı hörmətə əsaslanan yüksək münasibətlərin olduğunu bildirərək, son illər ərzində korrupsiya ilə mübarizə sahəsində keçirilən islahatların səmərəliyindən və bu istiqamətdə atılacaq addımların əhəmiyyətindən bəhs edib. 

Görüş zamanı cinayət yolu ilə əldə edilmiş aktivlərin bərpası, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) hesabatı, Avropa Şurası tərəfindən maliyyələşən nifrət cinayətlərinə qarşı mübarizə sahəsində baş tutacaq layihələrdə prokurorluq əməkdaşlarının iştirakı və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, Azərbaycan Respublikasının Avropa Şurasında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Sabunçu rayonunda qaz olmayacaq

Sabunçu rayonunda qaz olmayacaq

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Azərbaycan müdafiə sənayesi naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

Sumqayıtda məktəblilərin zəhərlənməsi ilə bağlı yayılan iddialara cavab verilib

XƏBƏR LENTİ
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • 06:01

    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
  • 05:46

    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
Menyu