http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Dövlət Duması: Ermənistanın KTMT-dən çıxması onun milli maraqlarına uyğun deyil

22 May 2023 , 23:15
Dövlət Duması: Ermənistanın KTMT-dən çıxması onun milli maraqlarına uyğun deyil

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması onun milli maraqlarına uyğun gəlmir.

"Operativ Media" xəbər verir ki, bunu “Gazetoy.Ru”ya müsahibəsində Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Dmitri Novikov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-dən çıxması ehtimalı ilə bağlı fikirlərini şərh edərkən deyib. 

“Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxması Ermənistanın milli maraqlarına uyğun gəlmir. Əgər Ermənistanın hazırkı hakimiyyəti öz ölkəsinin və xalqının maraqlarına hörmət etmək zərurətinə əməl edərsə, o zaman KTMT-dən çıxmaqdan söhbət gedə bilməz”, - Novikov bildirib.

Onun sözlərinə görə, Paşinyan indiki hərəkətləri və bəyanatları ilə Ermənistanın həm Rusiya, həm də Qərblə münasibətlərini qoruyub saxlamağa, baş nazir kürsüsündə qalmağa çalışır.

“Paşinyan ağır daxili siyasi vəziyyətdə, ağır beynəlxalq vəziyyətdədir.  Bir tərəfdən Ermənistanın Rusiya Federasiyası ilə müttəfiqlik öhdəliklərini yerinə yetirməsi zərurəti ilə bağlı mövqe var . Digər tərəfdən, Rusiya ilə dostluq münasibətləri qorunacağı təqdirdə Ermənistanı ciddi sanksiyalarla hədələyən Qərb dövlətlərinin təzyiq faktoru var”, - Novikov hesab edir.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 08:55

    Bakıda şüphəli şəxs polisə bıçaqla müqavimət göstərib, atəş açılıb
  • 08:23

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:15

    Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
  • 07:38

    Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
Menyu