http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda ödəniş kartlarının sayı 17.5% artıb

23 May 2023 , 12:24
Azərbaycanda ödəniş kartlarının sayı 17.5% artıb

Bank və “Azərpoçt” MMC sistemləri üzrə 2023-cü il aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 219 min ədəd artaraq 14 milyon 465 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından Operativ Media"ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.5% artıb.

Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 16.1%, kredit kartları üzrə 27.2% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 105 min, kredit kartları 417 min, digər kartlar isə 1.6 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3202 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 2535 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 663 mln. manatı POS-terminallar, 4 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4%-ni təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:05

    Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 08:35

    Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı
  • 08:31

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Menyu