http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

28 Oktyabr 2022 , 12:58
Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Oktyabrın 28-də Qazaxıstan Respublikasının paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.

"Operativ Media" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasdan əvvəl Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və MDB Hökumət Başçıları Şurasının digər üzvləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşüblər.

MDB Hökumət Başçıları Şurasının iclasında çıxış edən Baş nazir Ə.Əsədov qeyd edib ki, qlobal sosial-iqtisadi çağırışlar və onların mənfi nəticələrinin aradan qaldırılmasının zəruriliyi şəraitində Azərbaycan Respublikası MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət səviyyəsində məhsuldar sıx təmasların davam etdirilməsinə böyük önəm verir.

Qeyd olunub ki, ötən illər ərzində Birlik bir çox sahələrdə qarşılıqlı fəaliyyət üçün faydalı format kimi özünü sübut edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir.

“Bizim demək olar ki, bütün üzv ölkələrlə sıx iqtisadi əlaqələrimiz var. Sevindirici haldır ki, pandemiya zəiflədikcə Azərbaycanın MDB-yə üzv olan dövlətlərlə xarici ticarətinin həcmində artım müşahidə olunur. Belə ki, bu il ticarət dövriyyəsi 30% artıb”, - deyə Ə.Əsədov bildirib.

Nəqliyyat sektorunda əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb.

Ə.Əsədov qeyd edib ki, Azərbaycanda milli iqtisadiyyatın intensiv inkişaf edən və perspektivli seqmenti kimi nəqliyyat sektoruna xüsusi diqqət yetirilir.

Azərbaycan öz nəqliyyat potensialını fəal şəkildə inkişaf etdirməklə “Şimal-Cənub”, “Şərq-Qərb”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələrin həyata keçirilməsinə mühüm töhfə verir.

44 günlük müharibənin başa çatmasından sonra regionda yaranan yeni reallıqlar iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın qurulmasına müsbət təsir göstərir.

Qeyd olunub ki, Qarabağ münaqişəsinə son qoyulması iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaradıb ki, bu da Birlik ölkələri də daxil olmaqla iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.

Ə.Əsədov Azərbaycanın 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlara, o cümlədən regional nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli İşçi qrupun və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyanın işinə sadiqliyini bir daha təsdiqləyib.

Zəngəzur dəhlizinin açılmasından sonra rayonun cəlbediciliyinin xeyli yüksələcəyi, bunun, tranzit imkanlarını bir neçə dəfə artıracağı və bütövlükdə investisiya mühitinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Bildirilib ki, 2021-2022-ci illərdə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün təqribən 3 milyard ABŞ dolları məbləğində vəsait ayırıb, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində fəal iş aparılır.

“İşlərin miqyası və onların həyata keçirilmə müddəti bizim işğaldan azad edilmiş əraziləri bərpa etmək və inkişaf etdirmək əzmimizi əyani şəkildə nümayiş etdirir ki, bu da regionda münaqişədən sonrakı sabitliyə töhfə verir”, - deyə Ə.Əsədov əlavə edib.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu