http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi qaydalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verəcək

23 May 2023 , 16:28
Əməyin Mühafizəsi Mərkəzi əməyin mühafizəsi qaydalarının tətbiqində işəgötürənlərə metodiki dəstək verəcək

Prezident İlham Əliyevin yeni Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırılmasına, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, fərmanla iki ay müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində olmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi  yaradılacaq və bu barədə dövlət başçısına məlumat veriləcək. 

Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərəcək, eləcə də bu sahələrdə təlimlər keçirəcək. İşəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin edəcək.

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar, fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələrdən   maliyyələşdiriləcək.

OXŞAR XƏBƏRLƏR
Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu