http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

DİN: Qadın sərnişinlərə əxlaqsız təkliflər edən “Uber” və “Bolt” sürücüləri barəsində ciddi tədbirlər görülüb

25 May 2023 , 12:46
321
DİN: Qadın sərnişinlərə əxlaqsız təkliflər edən “Uber” və “Bolt”  sürücüləri barəsində ciddi tədbirlər görülüb

Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən daha 6 sürücü də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. 

Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları bu kimi neqativ hallarla bağlı dərhal ərazi polis orqanlarına, “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. 

OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

Azərbaycan-Belarus hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

XƏBƏR LENTİ
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
  • 20:42

    Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
  • 20:15

    Qərb Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib
  • 20:11

    Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq
  • 20:04

    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
    Müdafiə naziri sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub - VİDEO
  • 19:59

    ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizlə tranzit daşımaların artım dinamikasını müzakirə edib
  • 19:56

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Menyu