http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası təsdiq edildi

25 May 2023 , 15:46
Arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi qaydası təsdiq edildi

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1812 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrası məsədilə hazırlanmışdır.

"Operativ Media" xəbər verir ki, qaydalarda arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanması məqsədilə sənədlərin dəyərinin ekspertizasının keçirilməsi, ekspertizanın keçirilməsi üçün komissiyanın yaradılması, arxiv fondu sənədlərinin mühafizəyə təhvil verilməsi məqsədilə təhvil-qəbul aktının və arxiv siyahısın formalarının müəyyən edilməsi, fiziki şəxsin arxiv sənədlərinin mühafizəyə təhvil verilməsi və digər məsələlər tənzimlənir.

Bu Qaydaların qəbul edilməsi daimi dövlət mühafizəsinə təhvil verilən Milli arxiv fondu sənədlərinin tərkibinin məzmunca yeni sənədlərlə zənginləşdirilməsinə, dövlət və qeyri-dövlət təşkilatlarının, hüquqi və fiziki şəxslərin arxiv fondu sənədlərinin daimi dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması, təhvil verilməsi və mühafizəsi sahələrində işin səmərəli təşkilinə və bütövlükdə mədəni-tarixi irsimizin arxiv sənədlərinin etibarlı dövlət mühafizəsinin təmin edilməsinə xidmət edir.


 

OXŞAR XƏBƏRLƏR
Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu