http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb

25 May 2023 , 16:46
Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair Daxili İşlər Nazirliyinə edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

 Təqdim edilən saxtakarlıq halları əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.  
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib. Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət  Soltanov şübhəli şəxs qismində tutulub. Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid  31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk,rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb. Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Paytaxtın Sahil qəsəbəsində qaz olmayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu