http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

DSX erməni diversantları necə aşkarladı?

28 May 2023 , 15:27
DSX erməni diversantları necə aşkarladı?

Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun növbəti təxribatı sadəcə sülh danışıqlarına menə olmaq cəhdidir. Diversiya əməliyyatının uğurlu olması üçün onların heçbir şansı yox idi.

"Operativ Media" xəbər verir ki, diversiya üçün ərazinin Zəngilan rayonunun Rəzdərə kəndi seçilməsi heç də tasadüfi deyil. Bu istiqamətdə döyüş növbətçiliyini Dövlət Sərhəd Xidmətinin bölmələri həyata keçirir. 44 günlük müharibə zaman DSX-nın Xüsusi Təyinatlı Bölmələri olan Çevik Hərəkat Dəstəsinin uğurlu əməliyyatları ilə Ermənistanla bütün sərhəd boyunca hakim yüksəkliklərdə Azərbaycan əsgəri dayanıb. Bəs onda erməni diversantları ağılsız cəhdə sürükləyən nə olub?

Ermənistanla şərti sərhədin 200 km-lik hissəsinin mühafizəsini DSX-nin bölmələri həyata keçirir. Araz çayından İranla sərhəddən başlayan Ağbənd silsiləsi zirvə boyunca bölmələrimizin nəzarəti altındadır. Relyefin sərt  qayalıqlardan ibarət olması və "Üç nöqtə" yüksəkliyindən geniş nəzarət imkanı  ərazini diversiya üçün keçilməz edir.

2269 metr yüksəkliyi olan "Bartaz" zirvəsi isə nəinki həmin ərazini, 10 km dərinlikdəki düşmənin bütün nəqliyyat yollarını və döyüş mövqelərini yaxından izləməyə imkan verir. Zirvəyə ən yaxın digər yüksəkliklər Sığırt(1364m) və Şükürataz (2006m) də Azərbaycan ordusunun nəzarəti altındadır. Bu ərazidə postlar elə formada təşkil olunub ki, istənilən diversiya əməliyyatı sadəcə ağılsızlıq ola bilər.

Vejnəli qızıl yatağı istiqamətində də vəziyyət eynidir. "Meydanov" zirvəsi və "Habil" yüksəkliyi ərazidən əsas və yeganə yüksəkliklərdi. Ermənistan tərəfi hərbi nöqteyi nəzərdən heçbir şansın olmadığını açıq aşkar bildiyindən burda ümumiyyətlə döyüş postu saxlamayıb. Ərazidə yalnız döyüşlər vaxtı "Harop"ların vurduğu texnikalar qalıb.

Qafan hava limanın bir addımlığında olan Qazançı cəmi 1000 metr yüksəklikdə olsa da ,yenə də ərazidə mütləq yüksəklikdir. Burda da yüksəklik tam vizual müşahidə imkanı verir.

Ermənistanın  diversiya qrupunun Rəzdərə istiqamətində cəhdi isə təsadüfi deyil. İlk olaraq ona görə ki, sentyabr döyüşlərində Ermənistan tərəfi burdakı bütün şansını itirdi. Düşmən təxribatının qarşısının alınması zamanı bütün mövqelər möhkəmləndirildi. Ötən ilin sentyabr ayında Ermənistanın əsas yollarından biri olan M17 magistralında hərəkətdə olan sürücülər ikinci dəfə daha bir şoku yaşadılar. "950 "yüksəkliyində qaldırılan Azərbaycan bayrağı yolda bütün istiqamətlərdən görünürdü . Artıq erməni xalqı da anladı ki, sentyabr döyüşlərində onlar bu ərazidə tam müşahidə altındadırlar.

"Rəzdərə", "Aşağı Hənd" kəndləri istiqamətində hərbi nöqteyi nəzərdən pusqu nöqtələri daha çoxdur. Ermənistanın diversiya qrupunun meşə örtüyündən maskalanma vasitəsi kimi istifadə etməklə dərə yataqlarından sızma cəhdinin aşkarlanmaması mümkün deyildi. Əvvəla ona görə ki, Dövlət Sərhəd Xidmətinin döyüş postlarının hər biri strateji yüksəkliklərdədir (Ermənistan silahlı birləşmələrinin postları aşağıda yerləşir), eyni zamanda termal və vizual müşahidə kameraları ilə bütün ərazidə müşahidədir. Bununla yanaşı Ermənistan tərəfinin unutduğu bir məqam da o idi ki, 9000 metr yüksəklikdən  36 saatdan çox fasiləsiz müşahidə aparan Hermes 900 PUA-larından yayınmaq mümkün deyil. Ən peşəkar xüsusi təyinatlının belə Azərbaycan sərhədçisinin qarşısında heçbir şansı yoxdur.

Ermənistanın silahlı qüvvələrinin sərhəd döyüş məntəqəsinə diverisyasının vaxtında aşkarlanması 2 hərbi qulluqçusunun saxlanması isə bir daha revanşist qüvvələr üçün son xəbərdarlıqdır.

Elmin Bayramlı

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu