http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Tarixi dəyişən adam

28 May 2023 , 16:31
Tarixi dəyişən adam

Laçınlıların öz doğma evlərinin olduğu rayonlarına qayıtmağı məndə hadisələrin tarixinə, gününə hətta saatına qədər diqqət göstərən adamı həmən yadıma salır. 

Yaddaş demişkən, yadımızdadır ki, Laçın 1992-ci  il may ayının 18-də Ermənistan ordusu və ona havadarlıq edən ölkənin və ya ölkələrin köməkliyi ilə işğal olunub. Ona görə havadarlıq məsələsini dedim ki, Ermənistanın özünün hünəri deyildi Azərbaycan torpağını işğal etsin. Onun–bunun köməkliyi ilə Azərbaycana təcavüz edib. Bu kömək onlara yenə də 2020-ci ildə olmuşdu. Lakin bu zaman o zamankı Azərbaycan yox idi. Güclü Azərbaycan vardı. Bu da onun nəticəsi idi ki, işğal altında olan ərazilər kimi Laçın da Azərbaycana qaytarıldı.

Laçının Güləbird kəndində 2021-ci ildə olmuşdum. Həmin kənd 2020-ci ildə Azərbaycanın nəzarətində idi. Orada görülən işləri görəndə, elə Güləbird çayının axınına baxaraq fikirləşmişdim ki, bu qayıdış necə də böyük olacaq. Bu kənd ümumilikdə rayonun enerjili sabahı üçün böyük enerjiyə sahib idi. Təsadüfi deyil, Laçının Güləbird kəndi işğaldan azad ediləndən qısa müddət sonra oradakı su elektrik stansiyası açıldı. Həmin ildə Laçın şəhəri hələ rus sülhməramlılarının nəzarətində idi. Amma, sabah üçün atılan addım , baxın, bu gün Laçına əhalininin köçürülməsi, orada yaşaması üçün zəmin yaratdı. Onlar üçün evlərində yandıracaqları işığın enerjisi 2021-ci ildə hazır idi. Tarixləri uzlaşdırmaqla davamlı nəticələr əldə etmək belə olur.
May ayında Laçının işğal tarixini yaşamış xalq indi həmin ayda azad etdiyi ərazilərə qayıtmaq tarixini yaşayır. Bunu onlara yaşadan isə bayaq anonsunu etdiyim tarixi dəyişən tarixi adam İlham Əliyev oldu. Biz özümüzə hələ çox qayıdacıyıq!

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu