http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb

29 May 2023 , 09:00
Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Lamiyə Məmmədova saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə - heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq L.Məmmədovanın yaşadığı ünvana keçirilən baxış zamanı oradan 5 ədəd sellofan torbada qablaşdırılmış və ümumi çəkisi 5 kiloqram 120 qram olan heroin, eləcə də bir ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan qadın sosial şəbəkədə tanış olduğu İran Respublikasının vətəndaşına narkokuryerlik etdiyini etiraf edərək, aşkarlanan narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. 
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, L.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib

Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib

Qaraçuxur qəsəbəsində evdən  17 700 manat pul oğurlanıb

Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb

Ötən gün 9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

XƏBƏR LENTİ
  • 11:14

    Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
  • 11:10

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 11:08

    Azərbaycan UEFA reytinqində gerilədi
  • 11:06

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
  • 10:48

    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
  • 10:34

    İranda 193 nəfərdə Denge virusu aşkarlanıb
  • 10:22

    Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
  • 10:17

    Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb
Menyu