http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qara Qarayev: "Əgər mövqeyimdə başqa oyunçu çıxış edirsə, deməli, buna layiqdir"

29 May 2023 , 09:54
Qara Qarayev: "Əgər mövqeyimdə başqa oyunçu çıxış edirsə, deməli, buna layiqdir"

"Qarabağ"ın futbolçusu Qara Qarayev Premyer Liqanın 36-cı turunun "Turan Tovuz"la matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Media" xəbər verir ki, oyunçu əvvəlcə çempionluq barədə fikirlərini bildirib:

- Hansı təəssüratlar yaşadığımı növbəti illərdə, karyeramı bitirəndən sonra dəqiqləşdirəcəyəm. Bu komandanın, əldə edilən uğurların tərkib hissəsi olmaq məni sevindirir. Hətta bundan sonrakı dönəmi də nəzərə alaraq deməliyəm ki, həyatımın ən önəmli titullarını “Qarabağ”da qazanmışam. Burada keçirdiyim fantastik illər var. Xüsusən də, ardıcıl çempionluqlarda, gerbimizə iki ulduz əlavə etməkdə əməyimin olması məni sevindirir. “Qarabağ” camiəsinə təşəkkür edirəm. Bu illər ərzində yumruq kimi bir olmuşuq. Bu titulu əlimizdən almaq istəyən komandalar çox olub. Ancaq bunu heç kimə verməmişik.

- Bu çempionluq sanki əvvəlki illərlə müqayisədə bir az çətin oldu. Sən necə düşünürsən?
- Bəli. Ardıcıl 8 dəfə çempion olan komandanı hər kəs dayandırmaq istəyirdi. Rəqiblərin bizə qarşı göstərdiyi istək, aqressivlik normaldır. Gələn il bu mübarizə onqat çempiona qarşı olacaq. Ümid edirəm ki, növbəti mövsüm də çempion olacağıq. İldən-ilə mübarizə çətinləşir, daha çox sürət tələb edir. Əvvəllər bəzi rəqibləri rahat məğlub edə bilirdiksə, indi bu, mümkün olmur. Çünki hər kəs futbol oynamağı bacarır, çempiondan xal almaq istəyir

- Bəzi futbolçuların müqaviləsi bitir. Dəyişikliklər komandaya necə təsir edəcək?
- İllərdir bu uşaqlarla çiyin-çiyinə döyüşürəm. Son 10 ildə klubdakı uşaqları ailəmdən, dostlarımdan daha çox görürəm. Bütün çətin və yaxşı günlərimiz bir yerdə olub. Futbolçularla ayrılmaq heç də asan deyil. Ancaq təəssüf ki, futbol karyerası belədir. Bəzən istəməsən də, ayrılıqlar baş verir. “Heyətdə nə kimi dəyişikliklərin olacağını baş məşqçimiz Qurban Qurbanov daha yaxşı bilir. Ümid edirəm ki, bütün kollektiv yenə bir yerdə qalar. 

- Julio Romao gələndən sonra az şans qazanırsan. Nə düşünürsən?
- Beynimdə neqativ heç nə yoxdur. Müqaviləmdə heç kim mənə əsas heyət zəmanəti verməyib. “Qarabağ”da artıq 500-dən çox oyun keçirmişəm. Bu komandanın ən böyük uğurlarında yer almışam. Əgər mövqeyimdə başqa oyunçu çıxış edirsə, deməli, buna layiqdir. Mən də Romaonu həmişə dəstəkləyirəm. Təbii ki, öz yerim üçün də daim mübarizə aparıram. Yaşımdan asılı olmayaraq, əsas heyətdə oynamaq istəyirəm.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

XƏBƏR LENTİ
  • 11:14

    Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
  • 11:10

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 11:08

    Azərbaycan UEFA reytinqində gerilədi
  • 11:06

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
  • 10:48

    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
  • 10:34

    İranda 193 nəfərdə Denge virusu aşkarlanıb
  • 10:22

    Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
  • 10:17

    Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb
Menyu