http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan Badminton Federasiyasının rəhbəri Malayziyada təhsil alan badmintonçularla görüşdü

29 May 2023 , 10:38
Azərbaycan Badminton Federasiyasının rəhbəri Malayziyada təhsil alan badmintonçularla görüşdü

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Petronans Malayziya Badminton Akademiyasında yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvəri Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb.

Federasiyadan "Operativ Media"ya verilən məlumata görə, idmançıların akademiyada şəraiti, hazırlıq səviyyəsi ilə maraqlanan funksioner onlara uğurlar arzulayaraq qazanacaqları təcrübənin ölkədə badmintonun inkişafına təkan verəcəyini bildirib.

O, Malayziya Badminton Federasiyasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə də görüşüb, gələcək perspektivdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, baş katib Ramil Hacıyev və milli komandanın baş məşqçisi Morteza Validarvi Dünya Badminton Federasiyasının Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən illik toplantısında iştirak edib. İclasda Afrikada badmintonun inkişafına dəstək memorandomu imzalanıb.

Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova cari ilin martından Petronans Malayziya Badminton Akademiyasında təhsillərini davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində gerilədi

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

"Qarabağ" - "Malmö" matçının biletləri satışa çıxarılır

XƏBƏR LENTİ
  • 11:14

    Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
  • 11:10

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 11:08

    Azərbaycan UEFA reytinqində gerilədi
  • 11:06

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
  • 10:48

    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
  • 10:34

    İranda 193 nəfərdə Denge virusu aşkarlanıb
  • 10:22

    Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
  • 10:17

    Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb
Menyu