http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Otlaq sahələrinin ildən-ilə azalması ətin qiymətini yenə artıracaq - İqtisadçı ekspert

30 May 2023 , 11:14
Otlaq sahələrinin ildən-ilə azalması ətin qiymətini yenə artıracaq - İqtisadçı ekspert

Torpaq fondumuzun cəmi 55,2 faizi kənd təsərrüfatına yararlıdır.

Bunu “Operativ Media”ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib. Onun sözlərinə görə, Azərbaycan torpaq ehtiyatları məhdud ölkələr siyahısındadır. Onun bir hissəsi suvarılmaya ehtiyac olan kateqoriyadandır. Rəqəmlərlə götürsək, 8,1 milyon hektarın, 4,6 milyon hektarı yararlıdır.

Ekspertin fikrincə örüş sahələrinin düzgün bölüşdürülməməsi problemi daha da artıracaq. “Mövcud vəziyyətdə aqroparklar demək olar ki, örüş sahələri hesabına formalaşdırıldı. İndi isə xüsusilə fərdi fermerlər öz təsərüffatları üçün yem fondunu formalaşdıra bilmir. Ötən il otun qiyməti 6 manat 50 qəpik idi bazarda. Bu il isə örüş sahələri də azdı, əkinə yararlı torpaq da azalır. Otun qiymətinin bahalaşması qaçınılmazdır”.-deyə ekspert bildirib.

İqtisadçının sözlərinə görə, yem ehtiyatının tələbatı tam ödəməməsi, otun bahalaşması nəticə etibari ilə ətin qiymətini bu il də bahalaşdıracaq. Ətlə yanaşı süd məhsullarının da qiymətinin bahalaşması istisna edilmir.

Fuad İbrahimov onu da bildirdi ki, fərdi təsərrüfatların sıradan çıxmasının bir səbəbi də kəndlinin bazarlara birbaşa çıxışının olmamasıdır. Nəticədə kəndlinin həyətində və ya sahədə yerində satdığı qiymətlə bazarlardakı qiymət arasında uçurum olur. Eblə olan halda isə itirən kəndli və bazarlardan məhsulu alan alıcı olur.

OXŞAR XƏBƏRLƏR
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

XƏBƏR LENTİ
  • 11:27

    Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
Menyu