http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qarabağ KOB-ları proqramına start verilib

30 May 2023 , 12:58
Qarabağ KOB-ları proqramına start verilib

Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Qarabağ KOB-ları proqramına başlanılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Operativ Media"ya verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq.

Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək.

Ümumilikdə layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək.

Layihə çərçivəsində, həmçinin, 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq

Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

XƏBƏR LENTİ
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
Menyu