http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Son günlər Ermənistan tərəfi atəşkəsi niyə tez-tez pozur?

30 May 2023 , 15:39
Son günlər Ermənistan tərəfi atəşkəsi niyə tez-tez pozur?

Son günlər Azərbaycanla Ermənistanın şərti sərhəddində mütəmadi olaraq qarşı tərəfin atəşkəsi intensiv pozması ilə bağlı məlumatlar gəlməkdədir.

“Operativ Media” hərbi ekspert Ramil Məmmədli ilə mövcud durumu müzakirə edib. Ekspert Ermənistan tərəfinin təxribatlarının altında yatan səbəblərə aydınlıq gətirib.

“Mövcud vəziyyətə 2 istiqamətdə yanaşmaq olar. Birinci istiqamət Ermənistan ordusunun daha uyğun daha strateji, taktik mövqelərə sahib olması üçün bu cür addımlar atması əməliyyatlara cəhd etməsi və müxtəlif istiqamətlərdə daha yaxşı mövqelərə çıxış əldə etməsi".-deyə Ramil Məmmədli bildirib.

Ekspertin fikrincə isə ikinci yanaşma sülh danışıqlarına mane olmaq üçündür.

“Əlbəttə ki, indi sülh danışıqları ilə bağlı çox ciddi işlər gedir və bu proseslər özü özlüyündə vəziyyətin stabilləşdiriləcəyinə bir ümid yaradır. Amma əslində görürük ki, hər görüşdən hər danışıqdan, rəhbər şəxslərin görüşündən sonra səsləndirilən fikir və onun ardınca Ermənistan - Azərbaycan şərti dövlət sərhədi istiqamətində başverən hadisələr, Qarabağda baş verən hadisələr - yəni ermənilərin atəşkəsi pozması, Azərbaycan ordusunun mövqelərini atəşə tutması bir-birinə uyğun gəlmir. Belə qənaətə gəlmək olur ki, artıq məhz Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil” –deyə hərbi ekspert qeyd edib.

Ramil Məmmədli onu da bildirdi ki, Ermənistanın sülh müqaviləsindən yayınma cəhdlərinin də bir neçə səbəbi var. Səbəblərdən biri maksimum formada vaxt udmaq və bu vaxta əsasən, yəni müəyyən müddətdən sonra ona uyğun artıq qərar vermək. Bunlardan biri də, yəni Ermənistanın gözləntilərindən biri də Ukraynadakı müharibənin bitməsidir. Ukraynada müharibənin hansı formada bitməsi artıq Ermənistanın atacağı addımları müəyyənləşdirəcək. Ekspert hesab edir ki, məhz mövcud vəziyyət və Ermənistanın Zəngəzur dəhlizini açmaqdan imtina etməsi, sərhəd zolaqlarının müəyyənləşdirməsi istiqamətində hər hansı addımın atılması və ən əsası Qarabağda yerləşən hərbi birləşmələrinin oradan çıxarmaması əslində Ermənistanın hələ də digər məqsədləri həyata keçirmək niyyətindən xəbər verir.

“Vəziyyət olduqca gərgindir. Əslində sakitlik və danışıqlar prosesinin şahidi oluruq. Amma vəziyyət gərgindir. Ermənistanın atdığı addımlar bizi nəinki sülhə tərəf aparır, əksinə bunun qarşısını almağa yönəlir. Hesab edirəm ki, əgər belə davam edərsə, hansısa bir hadisədə eskalasiya, yəni vəziyyətin nəzarətdən çıxması halı baş verə bilər. Bu isə yenidən hərbi əməliyyatların alovlanmasına gətirib çıxara bilər” -deyə Ramil Məmmədli açıqlamasında bildirib.

Qeyd edək ki, ötən gecə Ermənistan silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.

Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.

Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

 

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

XƏBƏR LENTİ
  • 17:16

    Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb
  • 17:02

    MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
  • 16:40

    "Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib
  • 16:30

    Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
  • 16:27

    Azərbaycan XİN Türkmənistanı təbrik edib
  • 16:15

    Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır
  • 16:05

    Bakıda boya sexində baş verən yanğın tam söndürülüb - YENİLƏNİB 7
    Bakıda boya sexində baş verən yanğın tam söndürülüb  - YENİLƏNİB 7
  • 16:03

    Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşüb
Menyu