http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Dünyanın gözü Moldovada: Avropa Siyasi Birliyinin ikinci sammiti başlayır

31 May 2023 , 07:48
Dünyanın gözü Moldovada:  Avropa Siyasi Birliyinin ikinci sammiti başlayır

İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti keçiriləcək.

"Operativ Media" xəbər verir ki, sammit çərçivəsində 50-yə yaxın ölkənin liderləri, eləcə də Avropa Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Parlamentinin rəhbəri Roberta Metsola Moldovaya səfər edəcəklər.

Ümumilikdə, Moldova XİN-in məlumatına görə,  sammitə dəvət olunmuş 50 dövlət başçısından 48-i iştirakını təsdiqləyib. Moldova rəsmiləri həmin iki ölkəni açıqlamasa da, ehtimal olunur ki, onlardan biri Ukraynadır. Moldova hökuməti təhlükəsizlik baxımından Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirak edib-etməyəcəyini də açıqlamır.

Avropa Siyasi Birliyi nədir?

Avropa Siyasi Birliyi 2022-ci ilin mayında Fransanın Avropa İttifaqı Şurasının sədri olduğu dövrdə Fransa prezidenti Emmanuel Makronun təklifi ilə yaradılmış dövlətlərarası təşkilatdır.

Layihə əsasında icma öz üzvlərini bir araya toplamalı və onlar üçün qarşılıqlı maraq doğuran konkret layihələr hazırlamalıdır. Xüsusilə, kritik infrastrukturun qorunması, kiber təhdidlər və dezinformasiya ilə mübarizə, enerji dayanıqlığının təmin edilməsi, bütün qitədə gəncləri bir araya gətirmək, miqrasiya sahəsində əməkdaşlıq, əsas regional problemlər üzrə hərəkətlərin əlaqələndirilməsi və Rusiyanın hücumundan zərər çəkmiş Ukraynanın yenidən qurulmasına dəstək olmaq və.s hədəflənir.

Avropa Siyasi Birliyinə demək olar ki, bütün Avropa dövlətləri - bütün Aİ ölkələri, eləcə də Avropa İttifaqının üzvü olmayan ölkələr daxildir: məsələn, Moldova, Türkiyə, Ermənistan, Albaniya, Şimali Makedoniya.

Rusiya, Belarusiya, Qazaxıstan və Vatikan Avropa Siyasi Birliyinə daxil deyil.

Sammit harada keçiriləcək və nə qərarlar veriləcək?

Sammit iyunun 1-də Kişinyevdə Bulboacanın Mimi şərab zavodunda baş tutacaq. Sammit plenar iclasla başlayacaq, burada ölkə liderləri müxtəlif mövzular üzrə mövqelərini ifadə edəcəklər.

Bundan sonra dövlət başçıları müxtəlif istiqamətlər üzrə işçi qruplara bölünəcək, o cümlədən: Avropada sülh və təhlükəsizlik, enerji və iqlimə keçid, müxtəlif layihələr vasitəsilə Avropa ölkələrinin qarşılıqlı inteqrasiyası və s. Həmçinin sammitdə Avropa ölkələri liderlərinin ikitərəfli görüşləri üçün otaqlar təchiz ediləcək. Tədbir saat 10:30-da başlayacaq və təxminən 19:00-da başa çatacaq.

Sammitin yekunu olaraq ümumi bəyannamə olmayacaq. Tədbirdən bir neçə gün əvvəl mətbuatda zirvə görüşündə Ermənistanla Azərbaycan arasında Qarabağa dair sülh sazişinin imzalana biləcəyi barədə məlumatlar yayılmışdı. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Qonaqlar nə vaxt gələcək?

Nümayəndə heyətlərinin təxminən yarısı Moldovaya mayın 31-də, digər hissəsi isə iyunun 1-də səhər gələcək. Moldovaya rəsmi nümayəndə heyətləri ilə yanaşı jurnalistlər də gələcək. Moldova XİN-dən verilən məlumata görə, tədbir üçün 665 jurnalist akkreditasiya alıb ki, onlardan 177-si Moldova, 60-ı Fransa, 40-ı Rumıniya, 47-si Almaniya, 38-i Azərbaycan, 37-si İspaniya, 32-si Böyük Britaniya, 31-i İtaliyadan olub.

OXŞAR XƏBƏRLƏR
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Gələn il qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

Gələn il qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

Bakıda boya sexində baş verən yanğın tam söndürülüb  - YENİLƏNİB 7

Bakıda boya sexində baş verən yanğın tam söndürülüb - YENİLƏNİB 7

XƏBƏR LENTİ
  • 19:25

    Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib, ölənlər var - YENİLƏNİB
  • 19:21

    ADY-nin kollektivi Zəfər parkını ziyarət edib
  • 19:19

    Ceyhun Bayramov İqlim Maliyyəsi mövzsunda dialoq tədbirində çıxış edib
  • 19:15

    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
    Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
  • 19:02

    Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib
  • 18:39

    Netanyahu BMT tribunasından Tehranı hədələyib
  • 18:34

    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
    Hikmət Hacıyev: Ermənistanda Azərbaycana qarşı regionda sülhü təhdid edən revanşizmə əl atmayacağına zəmanət olmalıdır
  • 18:29

    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
    Səfərbərlik Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi həbs olunub
Menyu