http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Şirvanda narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

31 May 2023 , 16:44
Şirvanda narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Mayın 30-da Şirvan ŞPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ondan 5 kq-dan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.  

Bu gün narkotik aludəçisi S.Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi səylərə baxmayaraq o xəstəxanda ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

DİN-də Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakının üç rayonunda qaz kəsiləcək

Bakının üç rayonunda qaz kəsiləcək

ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

ADY-nin kollektivi Zəfər parkını ziyarət edib

XƏBƏR LENTİ
  • 23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • 23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • 22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • 22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • 21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • 21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
Menyu