http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"İsrailin Azərbaycanda böyük iqtisadi marağı var"

31 May 2023 , 17:35
"İsrailin Azərbaycanda böyük iqtisadi marağı var"

"İsrailin Azərbaycanda böyük iqtisadi marağı var"

Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanla İsrail arasındakı münasibətlər ilk günlərdən yaxşı olub.

"Əsas məqam ondan ibarətdir ki, bu İranı və Ermənistanı narahat edən məsələ idi. Dərinə gedəndə, görürsünüz ki, İranla İsrail arasında münaqişə olmayıb. Hətta İranın xüsusi təyinatlılarını da İsrail yetişdirib. Sadəcə olaraq rejimin İsraillə münasibətləri yaxşı deyil. İsrailin prezidentinin və birinci xanımının Azərbaycana gəlməsi və prezident İlham Əliyevin və Mehriban Əliyevanın onları qəbul etməsi münasibətlərimizə daha da güc verdi" - deyə millət vəkili bildirib.

Arzu Nağıyev bəyanatlarda xüsusi diqqət çəkən məqamların olduğunu qeyd edib.

"Birgə bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Yəhudi və müsəlman ölkələrinin münasibətlərində də bir etalon ola bilər. Bağlanan müqavilələrə baxdıqa görürük ki, elmi müqavilələr, su ilə bağlı müqavilələr, hərbi əməkdaşlıq daha da inkişaf edəcək"

Millət vəkili iki ölkə arasındakı əməkdaşlığın hərbi müstəvi ilə yanaşı iqtisadi önəmindən də danışıb. "Bizim geosiyasi vəziyyətimiz elədir ki, vasitəçilik missiyasını üzərimizə götürə bilərik. Azərbaycanın istər İranla, istərsə də Rusiya ilə sərhədi olduğundan siyasi məsələlərin həllində rolu danılmazdır. Eyni zamanda İsrail iqtisadi maraqlarını genişləndirmək istəyir. Bu gün biz cənubi Qafqazda şimal cənub dəhlizini bir formalaşdıran ölkəyik .Ona görə də burada İsrailin böyük iqtisadi maraqları var"-deyə Arzu Nağıyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə Vətən müharibəsində də İsrailin yardımı danılmazdır. Xüsusilə yəhudi icmasının xeyli yardımları olub.

"44 günlük müharibədə axırıncı postlara qədər edilən yardımlarda yəhudi icmasının böyük rolu oldu. Onlar əsgərlər olan yardımlarda Azərbaycan vətəndaşları kimi böyük əmək sərf etdilər"-deyə Arzu Nağıyev bildirib.

OXŞAR XƏBƏRLƏR
TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

XƏBƏR LENTİ
  • 23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • 23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • 22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • 22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • 21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • 21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
Menyu