http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan və Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib

01 İyun 2023 , 11:24
Azərbaycan və Rusiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib

31 may 2023-cü il tarixində Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyində olan siyasi, iqtisadi, humanitar və digər aktual mövzular, müqavilə-hüquq bazasının genişləndirilməsi, regional əməkdaşlıq və təhlükəsizlik, o cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində əldə olunan bütün razılaşmaların icrası istiqamətində ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.
 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu