http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Leysan və küləyə görə ziyana düşən fermerlərə nə qədər pul veriləcək?

01 İyun 2023 , 15:48
Leysan və küləyə görə ziyana düşən fermerlərə nə qədər pul veriləcək?

Mayın 31-də Azərbaycanın müxtəlif bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları, qasırğa nəticəsində kənd təsərrüfatı sahələrinə də ciddi ziyan dəyib.

Aqrar Sığorta Fondundan "Operativ Media" -ya verilən məlumata görə, ötən gün baş vermiş hadisələrlə bağlı 1651 Çağrı Mərkəzinə müraciətlər hələ də daxil olmaqdadır.

"Göyçay rayonunda güclü külək, fırtına xurma və alça bağlarına ziyan vurub. Yağan intensiv yağışlar Şəmkir rayonu ərazisində arpa sahələrində subasmaya səbəb olub. Güclü külək və yağış İsmayıllı rayonunda da ciddi fəsadlar törədib. İnfrastrukturla yanaşı, taxıl və bostan sahələrinə, meyvə bağlarına zərər dəyib. Güclü küləyin Ağcabədi rayonunda alça bağlarına ziyan vurduğu barədə müraciət daxil olub. Cəlilabadda, Xocavənddə arpa, buğda sahələrinə dolu düşməsi, leysan yağması nəticəsində zərər dəyib. Bölgələrdə hazırda fəsadların aradan qaldırılması və dəymiş zərərin müəyyən edilməsi istiqamətində işlər görülür.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Aqrar Sığorta Fondu sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır.

Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 Çağrı Mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin ilkin qiymətləndirilməsi prosesi davam edir. Biçindən öncə aparılacaq yekun qiymətləndirmədən sonra fermerlərə dəymiş zərərlər ödəniləcək.

Respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində aprel ayından başlyaraq kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı müraciətlər artıb. Təkcə may ayında 1651 çağrı mərkəzinə 42 rayondan 337 müraciət daxil olub. Ümumiyyətlə, ilin əvvəlindən 1651 Çağrı Mərkəzinə kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub", - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

XƏBƏR LENTİ
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • 06:53

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
Menyu