http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

"Neftçi" İtaliya şirkəti ilə müqavilə imzaladı

01 İyun 2023 , 16:00
"Neftçi" İtaliya şirkəti ilə müqavilə imzaladı

"Neftçi” Peşəkar Futbol Klubu ilə İtaliyanın məşhur brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.

"Operativ Media" xəbər verir ki, “Bakcell Arena” stadionunun konfrans zalında baş tutan imzalanma məramisində tərəflər 2 illik müqavilə bağlayıblar. Müqaviləyə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati imza atıblar.

Razılaşmaya əsasən, “Errea” “Neftçi” PFK-nın əsas, əvəzedici və akademiya komandalarını bütün geyim dəsti (oyun, məşq və digər) ilə təmin edəcək. Bu əməkdaşlığı fərqləndirən ən əsas məqam bu geyim dəstlərinin məxsusi olaraq “Neftçi” üçün dizayn edilib hazırlanmasıdır. Həmçinin tezliklə klubun “Bakcell Arena”dakı fan-şopunda bu geyim dəstlərinin azarkeşlər üçün fiziki və onlayn satışı da təşkil olunacaq. Əvəzində isə əsas komandamızın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Errea”nın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində şirkətin də loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, həmçinin müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.

“Errea” 1988-ci ildə hazırda prezident vəzifəsini yerinə yetirən Ancelo Qandolfi tərəfindən yaradılıb. Qərargahı İtaliyanın Parma şəhərində yerləşir. “Errea” tekstil geyimlərinin zərərli kimyəvi maddələrdən azad olmasını təmin edən “Oeko-tex” standart texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın da partnyoru olan “Errea” futbolla yanaşı, digər idman növlərində də bir çox milli komanda və klublarla əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

XƏBƏR LENTİ
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • 06:53

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
Menyu