http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"Real Madrid" alman futbolçunu istəyir

02 İyun 2023 , 09:28
"Real Madrid" alman futbolçunu istəyir

LaLiqada "Barselona" klubunun gerisində qalan və Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə məğlub olan "Real Madrid" gələn sezon üçün transfer çalışmalarını sürətləndirib.

"Operativ Media" xəbər verir ki, Karlo Ançelotti və "Real Madrid" rəhbərliyinin apardığı bu işlər çərçivəsində Kərim Benzema ilə bağlı vəziyyətə görə komandaya yeni hücumçunun qoşulacağı artıq dəqiq hesab olunur.

Səudiyyə Ərəbistanından böyük təklif alan və müqaviləsini hələ də uzatmayan Benzemanın gələcəyi komandada qeyri-müəyyən qalsa da, fransız ulduzun yaşının çox olması komandada qalsa belə, yeni hücumçunu heyətinə qatmağı zəruri edir. 

Buna uyğun olaraq, ilk namizədi “Tottenhem”dən Harri Keyn olan İspaniya komandası “Tottenhem”in Keyni satmaq istəmədiyi üçün “Çelsi”dən Kay Havertsə üz tutub.

"Real Madrid"in prezidenti Florentino Peresin Havertsin "Çelsi" forması ilə "Real Madrid"ə qarşı oynadığı son iki oyunda alman oyunçuya aşiq olduğu bildirilərkən, alman oyunçunun dəyəri bu adı önə çıxan Keyndən çox ucuz olacaq. Hücum zonasında və hər iki cinahda istənilən mövqedən oynaya bilən Havertz bu mövsüm 47 oyunda 9 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

OXŞAR XƏBƏRLƏR
"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

XƏBƏR LENTİ
  • 10:59

    Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb
  • 10:49

    Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib 
  • 10:46

    Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
  • 10:23

    Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
  • 10:15

    VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
  • 10:14

    "Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi
  • 09:54

    Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
  • 09:39

    "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
Menyu