http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Dövlət Agentliyində Belarusdan olan nümayəndə heyəti ilə görüş keçirilib

02 İyun 2023 , 15:49
Dövlət Agentliyində Belarusdan olan nümayəndə heyəti ilə görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyinin “Qlavqosstroyekspertiza” Respublika Unitar Müəssisəsinin (РУП “Главгосстройэкспертиза”) direktoru Viktor Petruşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, FHN-in saytına istinadən xəbər verir ki, qonaqlarla görüşən Agentliyin rəis müavini Elxan Əsədov respublikamızda tikinti sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb, uyğun qurumlar arasında əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Görüşdə Agentliyin fəaliyyəti və strukturu, ölkəmizdəki şəhərsalma və tikinti qanunvericiliyi, tikinti layihələrinin ekspertizası prosedurları barədə ətraflı məlumat verilib. Qonaqlara, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən hazırlanmış müxtəlif proqram təminatı məhsulları təqdim olunub.

Belaruslu nümayəndə heyətinin rəhbəri, “Qlavqosstroyekspertiza” Respublika Unitar Müəssisəsinin direktoru Viktor Petruşa rəhbərlik etdiyi qurumun fəaliyyəti, Belarus Respublikasında tikinti layihələrinin ekspertizasının xüsusiyyətləri, tikintiyə dair mövcud qaydalar barədə danışıb.

Görüşdə hər iki respublikanın müvafiq ekspertiza müəssisələri arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruri olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonra qonaqlar Agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində yaradılmış iş şəraiti və tikinti layihələrinin ekspertizası ilə əyani tanış olublar.

Bundan əlavə, belaruslu qonaqlar tikinti sahəsinə baş çəkərək aparılan inşaat işləri və bununla bağlı məsələlərlə yerində tanış olublar.

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb - YENİLƏNİB - RƏSMİ

XƏBƏR LENTİ
  • 14:45

    Krivotsyuk oynadı, komandası məğlub oldu
  • 14:43

    Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
  • 14:23

    Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq
  • 14:21

    Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
  • 14:07

    Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib
  • 14:00

    “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
  • 13:52

    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
    “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib
  • 13:42

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Menyu