http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Elektron çıxarışı onlayn necə yoxlamaq olar?

04 İyun 2023 , 18:22
Elektron çıxarışı onlayn necə yoxlamaq olar?

Elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər.
"Operativ Media" xəbər verir ki, bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin e-emlak.gov.az portalından “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir.

Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.

Eyni zamanda, vətəndaşlar hər hansı bir şəxsi mənzillərinə qeydiyyata aldırmaq istədikdə bu elektron xidmətdən istifadə edə bilir.

Həmçinin bu xidmət alqı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini az zaman sərf etməklə dəqiqləşdirə bilər. Mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla alqı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı yaranan problemləri də aradan qaldırır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.​​​​​​

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
Menyu