http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Çimərliklərdə istirahət neçəyə başa gəlir?

05 İyun 2023 , 08:00
2311
Çimərliklərdə istirahət neçəyə başa gəlir?

Yayın gəlişi ilə çimərlik mövsümü də start götürür. Havalar tam isinməsə də həftəsonları çiməliklərdə kifayət qədər insan olur. Çimərliklərə giriş pulsuz olsa da, oradakı bəzi xidmətlərdən yararlanmaq üçün ödəniş edilməlidir. Bəs bu yay çimərlik qiymətləri necə olacaq?

"Operativ Media" çimərliklərdə xidmətlərin qiymətlərini araşdırıb.

Mərdəkan çimərliklərində şezlonqların qiyməti 10-15 manat arasında dəyişir. Həftəsonunda dənizə ən yaxın cərgədən çətir kirayələmək isə əlavə 5 manatdır.

Söhbətgahlar isə 20-30 manat arasında dəyişir. Dənizə üz tutanların əksəriyyəti qidasını özü ilə gətirdiyindən əlavə xərc olmur.

Novxanı çimərliyində də qiymətlər təxminən eynidir. İnzibatçıların sözlərinə görə bu mövsüm bahalaşma gözlənilmir.Şezlonqlar 5-10 manat arası, masa 10 manat, duş isə əlavə 1 manatdır.

Özəl istirahət mərkəzlərində isə qiymətlər arasında kəskin fərq var. Qiymətlər xidmətlərə və istirahət mərkəzinin imkanlarına görə dəyişir. 2 manatdan başlayan istirahət mərkəzlərində sadəcə qiymətə giriş daxildir. 10 manat və üzəri olanlarda isə şezlonq xidməti göstərilir, parkinqə görə əlavə 3 manat ödənilir. 

Digər çimərliklərdə qiymətlər elə ucuz deyil. Hovuzu olan istirahət mərkəzlərinin giriş qiyməti 20-50 manat arası dəyişir. Əlavə xidmətlər də daha çox xərcin çıxmağını istisna etmir.

Hazırkı qiymətləri nəzərə alsaq, çimərlikdə bir günlük istirahət üçün minimum 50 manat, özəl istirahət mərkəzlərini seçdikdə isə 100 manata yaxın büdcə ayrılmalıdır. Bu xərclərə nəqliyyat, çimərlik geyimi, qida, eləcə də, çimərliklərdə təklif olunan xidmətlər daxildir. 

Daha ucuz variantla istirahət isə İDEA ictimai çimərliklərində mümkündür.Şezlonq, duş və digər imkanlar pulsuz təqdim edilir.  Lakin vətəndaşlar bu çimərliklərdə yer tapmaq üçün çox erkən gedilməli olduğunu deyirlər.

Qeyd edək ki, yarımadanın 5 çimərliyində İDEA ictimai çimərlikləri fəaliyyət göstərir. Buzovna qəsəbəsi, Pirşağı qəsəbəsi, Novxanı qəsəbəsi, Görədil qəsəbəsi,
Şıxov ərazisində olan İDEA ictimai çimərliklərinin imkanlarından yararlanmaq olar.

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu