http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Kreditlə mənzili hansı üsulla almaq daha sərfəlidir?

05 İyun 2023 , 09:19
2685
Kreditlə mənzili hansı üsulla almaq daha sərfəlidir?

Azərbaycanda davamlı olaraq bahalaşan və illərdir ən etibarlı sərmayə sayılan daşınmaz əmlak sektorunda bu il də qiymətlərin artması gözlənilir. Aylıq əməkhaqqı 1000 manat olan vətəndaşın belə nağd qiymətə ev almaq imkanı real deyil. Belə olan halda isə yeganə seçim kredit olur. 
"Operativ Media" kreditlə  mənzil almağın yollarını araşdırıb. Kredit üsulu ilə ən sərfəli yolla necə mənzil sahibi olmaq olar? 

Paytaxtda mənzillərin qiyməti nisbətən kənar hissələrdə bir kvadrat metri 1200 manatdan, şəhərdə isə 1500 manatdan başlayır. 60-80 kvadratmetr arası evi ortalama  100 min manata əldə etmək mümkündür. Bazarda hazırda geniş yayılmış 5 kredit üsulu var:

  • Güzəştli ipoteka
  • Adi ipoteka
  • Daxili kredit
  • Bankların öz vəsaiti hesabına verdiyi ipoteka
  • MTK-ların öz hesabına verdiyi kredit

Sadalanan üsullardan sözsüz ki, ən sərfəlisi güzəştli ipotekadır. 100 min manatlıq ev üçün 10 faiz ilkin ödəniş, illik isə 4 faiz əlavə ödəniş tələb olunur. Qalan məbləğ isə 30 ilə qədər seçimlə bölünür. Bu üsulla 10 min manat ilkin ödəniş etmək, aylıq isə 430 manat pul ödəmək lazımdır. Bundan əlavə aylıq 32 manat sığorta ödənişləri də məcburidir. 100 min manatlıq ev üçün yekunda vətəndaş banka əlavə 64 min 564 manat, sığortaya 11 min 520 manat ödəməlidir. Evin yekun qiyməti 175 min manata başa gəlir.

Xüsusi güzəştli kateqoriyadan olmayan, lakin aylıq məvacibi kredit xətti üçün uyğun olan vətəndaşlar isə adi ipotekadan yararlana bilərlər. 100 min manatlıq ev üçün 20 faiz ilkin ödəniş, illik isə 7-8  faiz əlavə ödəniş tələb olunur. Qalan məbləğ isə 25 ilə qədər seçimlə bölünür. 20 min manat ilkin ödəniş etdikdə yerdə qalan məbləğə 8 faizlə hesabladıqda bu üsulla aylıq 617 manat pul ödəmək lazımdır. Bir qayda olaraq əlavə aylıq 32 manat sığorta ödənişləri də məcburidir. 100 min manatlıq ev üçün yekunda vətəndaş banka əlavə 105 min 552 manat, sığortaya 9 min 600 manat ödəməlidir. Evin yekun qiyməti 214 min manata başa gəlir.

Bəzi tikinti şirkətləri qısa müddətli faizsiz daxili kreditlər təklif edir. Daxili kredit ilə satılan mənzillər əsasən tikintisi davam edən binalardadır. Adətən 5 ilə qədər təklif olunan bu alqı-satqı seçimi hazırda geniş yayılan üsullardandır. 100 min manatlıq evə 15 min ilkin ödəniş etdikdə aylıq 1416 manat ödəniş tələb olunur. Ev yekunda elə 100 min manata başa gəlir. Ekspertlər deyir ki, bu kreditlərin müddəti uzun olsa, mənzil sahibi olmağın ən effektiv yoludur.

Bankların öz vəsaiti hesabına verdiyi kreditlərdə də faizlər aşağı deyil. Bu kreditlər 7 faizdən təklif olunsa da, 12 faizə qədər yüksəlir. 100 min manatlıq ev üçün 25 faiz ilkin ödəniş, illik isə 9  faiz əlavə ödəniş tələb olunur. Qalan məbləğ isə 25 ilə qədər seçimlə bölünür. 25 min manat ilkin ödəniş etdikdə yerdə qalan məbləğə 9 faizlə hesabladıqda bu üsulla aylıq 629 manat pul ödəmək lazımdır. Bu üsulla kreditdə isə sığorta ödənişi icbari deyil. Vətəndaş istəsə bank ona sığorta təklifi edir. 100 min manatlıq ev üçün yekunda vətəndaş banka əlavə 114 min 153 manat ödəməlidir. Evin yekun qiyməti 213 min 700 manata başa gəlir.

Tək şəxsiyyət vəsiqəsi ilə mənzil təklif edən MTK-ların sayı isə çox azdır. 100 min manatlıq ev əldə etmək üçün ilkin olaraq 15 min manat, aylıq isə 770 manat ödəmək lazımdır. Evin yekun qiyməti 246 min manata başa gəlir.

Bu araşdırmada həyət evlərinin hesablaması yoxdur. Çünki həyət evlərinin ipoteka yolu ilə satışı ümumi rəqəmlərin 10 faizini təşkil edir. Bu da həmin mənzillərin əksəriyyətinin çıxarışsız olması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu