http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan orbitə yeni peyklər buraxacaq

31 Oktyabr 2022 , 12:21
Azərbaycan orbitə yeni peyklər buraxacaq

"Azərbaycan gələcəkdə yeni peyklər buraxacaq və bununla da yeni məlumatlar kəşf olunacaq".

"Operativ Media" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” İdarə Heyətinin sədri Saməddin Əsədov “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamı naviqasiya xidmətlərindən istifadə edir, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları isə peyklərin tədqiqat şəkilləri və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin hazırda üç istismarda olan peyki var. Agentlik olaraq, bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır. Günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmür. Əməliyyatçı olaraq, bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin".

"Azərkosmos"un sədri bildirib ki, Azərbaycanın 2030-cü ilə qədər kosmik sahəsindəki fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır: "Bu gün Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur. Gələn il Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək".

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Tələbələrin köçürülməsi yekunlaşıb

Tələbələrin köçürülməsi yekunlaşıb

XƏBƏR LENTİ
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
  • Dünən
    23:39

    Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Dünən
    23:26

    Hava şəraiti ilə əlaqədar bəzi zolaqlar üzrə sürət həddi endirilib
  • Dünən
    23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • Dünən
    23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • Dünən
    23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • Dünən
    23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • Dünən
    22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
Menyu