http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

1975-ci il xəritəsinə qarşı 1918-ci il xəritəsi-TƏHLİL

05 İyun 2023 , 12:45
1975-ci il xəritəsinə qarşı 1918-ci il xəritəsi-TƏHLİL
Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi rəsmi xəritəsinin rəngli versiyası.

Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul edilməsi çətin bir proses idi. Ardıcıllıq və məntiqi uzlaşma tələb edirdi. Ermənistan tərəfi əgər 2020-ci il, Vətən Müharibəsinə qədər bir növ manipulyasiyalar edirdisə, müharibədən sonra başqa cür davranışlar sərgiləməyə başladı. Lakin qarşısında beynəlxalq hüquq normaları ilə daxili qanunlarını məharətlə uzlaşdıran Azərbaycan höküməti var. Bu baxımdan hər hansısa manipulyasiya əks təsir verə bilər. Məsələn, 30 ilə yaxın danışıqlarda müxtəlif manipulyasiyalar Ermənistan üçün 2020-ci ildə Dəmir Yumruğa dirəndi. Nəticəsi həm Ermənistanın özünə, həm də onun müttəfiqlərinə məlumdur.
Müharibədən sonra da gah Zəngəzur dəhlizi, gah Laçın dəhlizi, gah da Qarabağdakı erməni əhalisinn müəyyən status haqqında danışanda , qarşılarına elə bir məntiqli siyasi arqumentlər və onların həyata keçirilməsi qoyuldu ki, artıq bu məsələlər də gorbagor oldu. Laçın dəhlizi Azərbaycan suveren ərazisi kimi təsbit olundu. Zəngəzur dəhlizi  komunikasiyaların açılması ilə reallığa çevrilir. Qarabağdakı erməni əhalisi də Laçın – Xankəndi yolunda və oradakı Azərbaycan postundan istifadə edir. Artıq Azərbaycan qanunları ilə yaşamağa başlayır.
Belə bir başlanğıcların fonunda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 1975-ci il xəritələrinə istinad edərək sərhədlərin delimitasiya məsələsini qabartması  yenə də mövzudan yayınmadır. 2020-ci ildən sonrakı danışıqların nəticəsi olaraq sülh müqaviləsinə yaxınlaşdığımız bir məqamda bu fikirlərin səsləndirilməsi sülh üçün zəmin yaratmır. 
Azərbaycanın tarixi torpaqlarında havadarları sayəsində dövlət quran Ermənistanın 1975-ci il xəritəsinin qarşısına, Azərbaycan 1918-ci il xəritəsi ilə çıxsa vəziyyət necə olacaq? Suala cavab sadədir, həmin vəziyyət Ermənistan üçün heç də yaxşı olmayacaq.

Samir Cabbarov - Operativ Media.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu