http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramov ADA-da gənc diplomatların məzun günündə iştirak edib

05 İyun 2023 , 14:53
Ceyhun Bayramov ADA-da gənc diplomatların məzun günündə iştirak edib

5 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının Məzun Günü baş tutub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məzun Günündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, XİN-in struktur bölmə rəhbərləri, gənc diplomatlar iştirak edib. 

Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, 8 ay müddətində baş tutan Xarici Siyasət Proqramının yekunlaşması münasibətilə Proqram iştirakçılarını təbrik edib, onlara diplomatik fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxış edərək 10 oktyabr 2022-ci il - 20 may 2023-cü il tarixlərində həyata keçirilən Xarici Siyasət Proqramının məzmunu, müxtəlif sahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflı məlumat veriblər. Proqramın məzmununun bundan sonra da təkmilləşdirilməsi istiqamətində addımların davam etdiriləcəyi diqqətə çatdırılıb. 

Sonra Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının hesabat videoçarxı nümayiş olunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Xarici Siyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib. Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Bu istiqamətdə, nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən və öz diplomatik təcrübəsini iştirakçılarla bölüşən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev gənc diplomatlara fəaliyyətlərində uğurlar arzu edib.

Sonra proqram iştirakçıları çıxış edərək proqram haqqında fikir və təəssüratlarını diqqətə çatdırıb, habelə proqram təşkilatçılarına öz təşəkkürlərini bildiriblər. 

Sonda gənc diplomatlar Proqramda iştirakları ilə bağlı sertifikatlarla təltif olunublar.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu