http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda Tbilisi ilə müqayisədə evlərini turistlərə təklif edənlərin sayı 3 dəfə azdır

06 İyun 2023 , 16:30
Bakıda Tbilisi ilə müqayisədə evlərini turistlərə təklif edənlərin sayı 3 dəfə azdır

Bakıda Tbilisi ilə müqayisədə evlərini turistlərə təklif edənlərin sayı 3 dəfə azdır.

Beynəlxalq şirkətlərdən olan "Bookinq" platformasında hazırda Tbilisi üçün 3 minə yaxın hotel və ev seçimi təklif edilir. Axtarış yerini Bakıya dəyişdikdə isə bu rəqəm mindən aşağı düşür. Qonşu Türkiyədə isə kiçik şəhərlərdə belə say yenə Bakını üstələyir. Turizmin gəlirli sahələrindən olan günlük ev kirayəsinə ölkəmizdə niyə maraq yoxdur? "Operativ Media" səbəbləri araşdırıb.

"Bookinq"  platformasında Bakıdakı evlərin qiyməti minimum 40 manatdan başlayır. Lakin bu evlər turistlər üçün mərkəz sayılan Nizami küçəsindən 5 km-lik məsafədə yerləşir. Nizami küçəsində isə günü 100 manatdan aşağı ev tapmaq çətin məsələdir. Qiymətlər isə otaq sayı və evin şəraitinə görə günlük 400 manata qədər yüksəlir.

Nizami küçəsində evin şəraitindən asılı olaraq 700 manatdan başlayan qiymətlərlə aylıq kirayə mənzil tapmaq olar. Halbuki, aylıq həmin evi ən azı 10 günlük kirayə vermək iki dəfə çox qazanc əldə etməyə imkan verir.

Turizm üzrə ekspert Rəhman Quliyev isə "Bookinq"in Azərbaycanda populyar olmamasının səbəblərini açıqlayıb. Ekspertin sözlərinə görə, gəlirli sahə olsa da  vətəndaşlar birbaşa tanımadıqları adamlara ev verməkdən çəkinirlər. Buna görə də, onlar vasitəçilərə üz tuturlar. "Mərkəzdəki evlərin çoxunu ya rieltorlar icarəyə verir, və ya turizm şirkətləri "Bookinq" və digər platformalar üzərindən turistlərə kirayə verir. "Bookinq" də əlavə olaraq evlərin hər gün dolu olma ehtimalı azdır. Həmçinin ev sahiblərində turistlərin mənzili onlara hansı vəziyyətdə təhvil verəcəyi nigarançılığı da var." -deyə ekspert bildirib.

Əmlak eksperti Nofəl Quliyev isə deyir ki, yerli vətəndaşlar tərəfindən kirayə evlərə tələbat hədsiz çoxdur. Bəzi risqləri nəzərə alan ev sahibləri mənzillərini əsasən aylıq kirayə üçün təqdim edirlər. "Vətəndaş düşünür ki, kirayə versəm daha rahatdır. "Bookinq" -dən birdən müştəri gəlməz, o gələndə mənim ona evi göstərməyə vaxtım olmaz. Elə bu səbəblərə də "Bookinq" üzərindən verilən evlərə baxdıqda açıq aydın görürük ki, fərdi vətəndaşlar çox azdır. Əsasən daşınmaz əmlak şirkətləri bu işi icra edir.

Ekspertlər hesab edir ki, ümumilikdə "Bookinq"də Azərbaycandan otel və ev seçiminin çox olması müsbət hal olardı. Bu turistlərə əlavə seçim imkanı verir. Səyyahəti sevənlərin öz büdcələrinə uyğun gecələmə yerlərini rahatlıqla tapa bilməsi gələcəkdə turist sayının artmasına gətirib çıxara bilər.

OXŞAR XƏBƏRLƏR
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu