http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

AZAL və IATA yeni memorandum imzalayıblar

06 İyun 2023 , 17:05
AZAL və IATA yeni memorandum imzalayıblar

AZAL və “IATA Consulting” İstanbulda keçirilən IATA-nın 79-cu İllik Ümumi İclasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən anlaşma memorandumu imzalayıblar.

IATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasıdır. Əməkdaşlığın ortaq məqsədi aviasiya sənayesini təkmilləşdirmək və beynəlxalq standartlara cavab verməkdir.

"Operativ Media" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, bu tərəfdaşlıq AZAL-a öz proseslərini optimallaşdırmağa, fəaliyyətinin səmərəliliyini və etibarlılığını artırmağa, həmçinin Azərbaycanın hava nəqliyyatı sektorunun inkişafına töhfə verməyə imkan verəcək.

IATA-nın baş direktoru Uilli Uolş bildirib ki, Aviasiya BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır, ona görə də Azərbaycanda hava nəqliyyatı sektorunun təkmilləşdirilməsi ölkənin inkişafına müsbət təsir göstərəcək. IATA və AZAL əməkdaşlığı dünya standartlarına və qabaqcıl təcrübələrə əsaslanan sosial-iqtisadi inkişaf potensialının həyata keçirilməsinə kömək edəcək.

AZAL aviasiya sənayesində prosesləri təkmilləşdirməyi hədəfləyib və “IATA Consulting” ilə əməkdaşlığın əsas sahələrinə 2023-2030-cu illər arasında marşrut şəbəkəsinin və təyyarə parkının uzunmüddətli planlaşdırılması, donanmanın cari planlaşdırılmasında düzəlişlər, yanacaqdan səmərəli istifadənin təhlili və potensial qənaət daxildir.

AZAL QSC-nin birinci vitse-prezidenti Samir Rzayev öz növbəsində qeyd edib ki, AZAL IATA ilə tərəfdaşlığı yüksək qiymətləndirir və əməkdaşlıq ölkənin aviasiya sənayesinin inkişafı üçün yeni imkanlar açacaq.

Onun sözlərinə görə, “IATA Consulting” mütəxəssisləri hava limanlarında və aviaşirkətdə təyyarə parkının planlaşdırılması, yanacaq səmərəliliyinin artırılması, EASA uyğunluğunun təmin edilməsi və digərləri kimi proseslərin optimallaşdırılması layihələrində iştirak edəcəklər.

Əməkdaşlıq çərçivəsində “IATA Consulting” AZAL-a EASA (Avropa Uçuş Təhlükəsizliyi Agentliyi) tələblərinin yerinə yetirilməsinə dəstək verəcək.

Bura uçuş təhlükəsizliyinin idarə edilməsi sisteminin (SMS) tətbiqi, tələblərə riayət olunmasına nəzarət və uçuşa yararlılığın saxlanmasının idarə edilməsi (CAMO) daxildir. Bundan əlavə, təşkilat təhlükəsiz və səmərəli aviadaşımaların təmin edilməsi və ölkə daxilində kommunikasiyaların yaxşılaşdırılması üçün Azərbaycanın hava məkanı strategiyasının hazırlanmasında AZANS-a (Azerbaijan Air Navigation Services) dəstək göstərir.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu