http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib

06 İyun 2023 , 22:06
MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib

İyunun 6-da Gəncə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib.

DGK-dan "Operativ Media" ya  bildirilib ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Rusiya, Belarus, Tacikistan gömrük xidmətlərinin rəhbərləri iştirak edib.

İclasdan əvvəl nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Həmçinin iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini ehtiramla anıblar. Sonra qonaqlar Gəncə şəhərində Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin və məlumat mübadiləsinin genişləndirilməsi baxımından şuranın iclasının əhəmiyyətindən danışıb və aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.

Sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb.

 

İclas iştirakçıları dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları və gömrük nəzarəti zamanı gömrük orqanları və daşıyıcıların fəaliyyətinin təşkili, gömrük xidmətləri arasında ekspert və tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, malların gömrük dəyəri, eyni zamanda əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumat mübadiləsinin reallaşdırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası və kadr hazırlığı haqqında saziş layihələri ilə bağlı müzakirələr aparılıb.

İclas çərçivəsində Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.

Xatırladaq ki, bir gün əvvəl, iyunun 5-də MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının ekspertlərinin də iclası keçirilib.

OXŞAR XƏBƏRLƏR
İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

XƏBƏR LENTİ
  • 17:12

    Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır
  • 16:36

    Kamran Əliyev Efiopiyalı həmkarını Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib
  • 16:30

    "Hizbullah" liderinin cəsədi dağıntılar altından çıxarılıb
  • 16:23

    Görmə məsafəsi məhdudlaşacaq
  • 16:02

    İsrail yenidən Beyruta aviazərbələr endirib
  • 15:29

    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
Menyu