http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Fransa polisi etirazçılara zorakılıq edib

07 İyun 2023 , 06:34
Fransa polisi etirazçılara zorakılıq edib

Fransada 2023-cü ilin yanvarından bəri pensiya islahatına qarşı keçirilən ümummilli etiraz nümayişinin 14-cü raundu baş tutub.

"Operativ Media" xəbər verir ki, "Ümumi Əmək Konfederasiyası"nın məlumatına görə, etiraz aksiyalarında ümumilikdə 900 minə yaxın insan iştirak edib. Parisdə nümayişin əvvəlində polis və nümayişçilər arasında gərginlik yaşanıb. Makronun 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini qeyd etdiyi “La Rotonde” restoranı yaxınlığında nümayişçilərlə polis arasında qarşıdurma olub. Restoranın prezidentə aid olduğunu düşünən etirazçılar restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından istifadə edilib. Paris-2024 Olimpiya Oyunları təşkilat komitəsinin binasına da nümayişçilər daxil ola bilib. Onlar etiraz aksiyalarının dayandırmayacaqlarını bəyan ediblər. Etiraz aksiyası zamanı 28 nəfər polislər tərəfindən saxlanılıb. Saxlanılanların əksəriyyəti aksiyaya qadağan olunmuş əşyalar gətirməyə cəhddə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR
Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır

Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır

"Hizbullah" liderinin cəsədi dağıntılar altından çıxarılıb

"Hizbullah" liderinin cəsədi dağıntılar altından çıxarılıb

İsrail yenidən Beyruta aviazərbələr endirib

İsrail yenidən Beyruta aviazərbələr endirib

XƏBƏR LENTİ
  • 17:12

    Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır
  • 16:36

    Kamran Əliyev Efiopiyalı həmkarını Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib
  • 16:30

    "Hizbullah" liderinin cəsədi dağıntılar altından çıxarılıb
  • 16:23

    Görmə məsafəsi məhdudlaşacaq
  • 16:02

    İsrail yenidən Beyruta aviazərbələr endirib
  • 15:29

    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
Menyu