http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Moldova iqtisadi münasibətlərin inkişafını müzakirə edib - YENİLƏNİB

07 İyun 2023 , 15:50
Azərbaycan və Moldova iqtisadi münasibətlərin inkişafını müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi münasibətlərinin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

***

11:57

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

"Operativ Media" xəbər verir ki. bu barədə Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.

"Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə ölkələrimiz arasında mövcud əlaqələr, iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr apardıq", - o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru ilə görüşüb

Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
  • 16:42

    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
  • 16:40

    Prezident neft sənayesi işçilərini təltif edib
    Prezident neft sənayesi işçilərini təltif edib
  • 16:38

    İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
  • 16:27

    Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru ilə görüşüb
Menyu