http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Azərbaycanda dəfn və mərasim xərcləri - ARAŞDIRMA

08 İyun 2023 , 11:58
4213
Azərbaycanda dəfn və mərasim xərcləri - ARAŞDIRMA
Foto şərtidir

Dəfn və mərasim xərcləri vəfat edən şəxsin ailəsini düşündürən əsas məsələlərdəndir. Belə ki, meyitin yuyulmasından ehsanınadək hər bir proses maddiyyat tələb edir. 

“Operativ Media” dəfn zamanı çəkilən xərcləri təqdim edir:

Şəhər mərkəzinə nisbətən ətraf qəsəbələrdə dəfn xərci az olsa da, qiymətlər yenə də baha başa gəlir. Dini qaydalara əsasən meyitin yuyulub kəfənlənməsi 60 manata, bəzi yerlərdə isə 100 manata qədər dəyişir. Tabut pulsuz olsa da, mərhumu daşımaq üçün nəzərdə tutulan maşın üçün qiymətlər məsafədən asılı olaraq 30 manatdan başlayır.

Din xadimlərinin mərasimi idarə etməsi üçün vahid qiymət yoxdur. Razılaşmadan asılı olaraq bu qiymət də 50-250 manat arası dəyişir.

Əsas xərc isə qəbir yerləri üçün sərf olunur. Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Lakin real vəziyyət belə deyil. Qiymətlər isə 500-4000 manat arası dəyişir. Məzar üçün lazım olan tikinti materialları isə bu qiymətə daxil deyil. Məzarın qazılması üçün əlavə 50-250 manat arası pul lazım olur.

Yas mərasimləri üçün olan zallar və kirayə çadırların qiyməti də elə ucuz deyil. Çadırların kirayə qiyməti 300-1000 manat aralığında dəyişir. Ehsan isə həm ev yiyəsi, həm də mərasim evləri tərəfindən hazırlana bilər. Mərasim evlərində isə zal 300-350 manata icarəyə verilir. Yemək isə ortalama bir nəfər üçün 12 manatdan başlayır.

Bütün xidmətlərin qiymət aralığı ərazidən asılı olaraq dəyişə bilir.

Ümumi olaraq qiymətlər belədir:

  • Meyitin yuyulub kəfənlənməsi 50-100 manat
  • Məzarın qazılması razılaşma yolu ilə 50-250 manat
  • Dəfn yeri 800-4000 manat
  • Məzar daşı 600-3000 manat
  • Din xadimlərinin xidməti 50-250 manat
  • Yekun xərc 1500-7500 manat arasında dəyişir
OXŞAR XƏBƏRLƏR
Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB

Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib

Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb

Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu