http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ukrayna ordusu şərq cəbhəsində irəliləyir

09 İyun 2023 , 07:45
Ukrayna ordusu şərq cəbhəsində irəliləyir

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyası məlumat yayıb. Bildirilib ki, Kaxovka SES-in partlatması nəticəsində su altında qalan Xerson vilayətinin Korabelnı rayonu da atəşə tutulub. Vilayətin mərkəzi Xerson şəhərində yaralanan 9 nəfər daşqınla əlaqədar vətəndaşların təxliyəsinə cəlb edilən xilasedicilər olub. Bundan başqa, Ukraynanın Uman şəhəri raket atəşinə tutulub. Nəticədə 8 nəfər yaralanıb. Məlumata görə, yaralananlardan 2-nin vəziyəti ağırdır. Raket zərbələri sənaye obyekti və avtoyuma məntəqəsinə endirilib. Yanğın baş verib. Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində Rusiyanı tənqid edib. O, Moskvanı su altında qalan ərazilərə atəş açmaqda günahlandırıb. Zelenski, Rusiyanın bununla bölgədə davam edən axtarış-xilasetmə işlərinin qarşısını almağa çalışdığını iddia edib. O, həmçinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və hərbi komandanlıqla daim əlaqədə olduğunu bildirib. Dövlət başçısı bəzi uğurların olduğunu açıqlayıb. Bildirilib ki, son sutka ərzində Ukrayna ordusunun üçüncü hücum briqadası Baxmut istiqamətində 2 kvadrat kilometrdən çox ərazini işğalçılardan azad edib. Hücum nəticəsində Rusiyanın azı 30 hərbçisi həlak olub, 40 nəfər yaralanıb. Həmçinin, Rusiya qoşunlarının döyüş sursatı, texnikası, tankları və artilleriya anbarları da məhv edilib.

OXŞAR XƏBƏRLƏR
Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

XƏBƏR LENTİ
  • 09:21

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:18

    Gəncədə mədə kiçiltmə əməliyyatı olunan qadın ölüb
  • 09:09

    Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
  • 08:54

    2024/2025 mövsümünün qol rekordu qeydə alındı
  • 08:40

    Bakıda sıxlıq olan yollar açıqlanıb
  • 08:30

    Bakı metrosunda yubanma olub
  • 08:03

    Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək
  • 07:53

    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Menyu