http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Köhnəlmiş, cırılmış pullar yeni qaydada dəyişdiriləcək

09 İyun 2023 , 13:21
Köhnəlmiş, cırılmış pullar yeni qaydada dəyişdiriləcək

Pul nişanları yeni qaydada dəyişdiriləcək.

"Operativ Media" nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir.

Layihəyə görə, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək. Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək. Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödəniləcək. Təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanı dəyişdirilməyəcək və onun nominal dəyəri ödənilməyəcək. Saxta pul nişanı geri qaytarılmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndəriləcək.

Xarici valyutada olan pul nişanları Mərkəzi Bank tərəfindən dəyişdirilməyəcək.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu