http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Vüqar Bayramov: "Bir sıra bölgələrdə qara bazarın fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var"

09 İyun 2023 , 18:30
Vüqar Bayramov: "Bir sıra bölgələrdə qara bazarın fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var"

Valyuta dəyişmə məntəqələrinin sayının artırılması və bütövlükdə fəaliyyətinin genişləndirilməsi çox vacibdir.

Bunu "Operativ Media"ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, artıq qanunvericiliyə yeni dəyişiklik təklif edilib və birinci oxunuşdan keçib."Təbiii ki, bu qanun valyutadəyişmə məntəqələrinin fəaliyyətini tənzimləyəcək, eyni zamanda hüquqi müstəvidə onlar üçün zəmin yaradacaq. Biz də valyutadəyişmə məntəqələrinin sayının artırılmasının tərəfdarıyıq və bununla bağlı təklifllər də vermişik."-deyə Vüqar Bayramov bildirib.

Vüqar Bayramovun sözlərinə görə, valyutadəyişmə məntəqələrinin sayının azlığı həm də qara bazarın fəaliyyətinin artmasını şərtləndirən faktorlardandır. 
"Xüsusən bir sıra bölgələrdə qara bazarın fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Ölkəyə gələn turistlərin pullarını dəyişdirilməsində çətinlik var. Eyni zamanda şənbə və bazar günləri pul dəyişdirməkdə də çətinliklər var."

Millət vəkili bildirib ki, valyutadəyişmə məntəqələrinin sayının artırılması Azərbaycanda prioritet olan turizmin inkişafını səciyyələndirəcək.

"Xüsusən banklardan ayrı hüquqi şəxslər formasında yaradılacaq valyutadəyişmə məntəqələrinin sayı daha çox olacaq. Bu addım şənbə-bazar, qeyri iş günlərində tələbin ödənməsində töhvə verə bilər. Eyni zamanda qara bazarın da minimumlaşdırılması, şəffaflığıən artırılması üçün də önəmlidi",  - deyə Vüqar Bayramov qeyd edib.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək

VII çağırış Milli Məclisin ilk plenar iclası başlayıb, komitə üzvləri seçiləcək

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb

XƏBƏR LENTİ
  • 13:24

    Mahmud Əhmədinejad: “Biz anti-İsrail şöbəsi yaratdıq və onun liderinin Mossad agenti olduğu ortaya çıxdı"
  • 13:21

    Sabah hava necə olacaq?
  • 13:19

    VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
  • 13:17

    Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib
  • 13:12

    İran Ermənistanda ticarət evi açıb - VİDEO
  • 13:01

    Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
  • 12:52

    "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq
  • 12:47

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib
Menyu