http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Gürcüstanla sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib

10 İyun 2023 , 23:42
Gürcüstanla sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sərhədyanı bölgələrdə birgə radiomonitorinqlər keçirilib.

RİNN-dən "Operativ Media"ya bildirilib ki, məqsəd sərhədyanı ərazilərdə mobil rabitə şəbəkələrinin və televiziya-radio yayımlarının tənzimlənməsi, yeni texnologiyalara keçidlə əlaqədar radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınmasıdır.

Radiomonitorinqlərin nəticələrinə əsasən 6-7 iyunda Tbilisi şəhərində mütəxəssislər arasında sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğu və yeni nəsil texnologiyalarının (5G, DAB+ və s.) tətbiqi üçün radiotezlik kanallarının razılaşdırılması üzrə müzakirələr aparılıb.

Həmin texnologiyaların sərhədyanı ərazilərdə tənzimlənməsi ilə əlaqədar hər iki tərəfdən müvafiq tədbirlərin görülməsi razılaşdırılıb.

Qeyd olunan birgə radiomonitorinq və müzakirələrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və mobil rabitə operatorlarının mütəxəssisləri iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu